İŞİD Suriyanın Badia səhrasında hərbçiləri daşıyan avtobusa raket zərbəsi endirib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı azı 5 əsgər ölüb, 20 əsgər isə yaralanıb.
Digər tərəfdən, dövlət televiziyası ölkənin şimal-şərqində yerləşən Hasekədəki ABŞ hərbi bazasına minaatanlardan atəş açıldığını bildirib.