Bu barədə Sülh.info.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.