Azərbaycanda bütün növ siqaret markaları bahalaşıb.
SÜLH.İNFO.az xəbər verir ki, qiymət artımı bu gün qüvvəyə minib.
Məhsulun topdan alış-satışı ilə məşğul olan sahibkar bahalaşmanın səbəbini açıqlamayıblar.
Hazırda bütün tütün məhsulları 10-20 qəpik baha satılır.
Xatırladaq ki, son bahalaşma ötən ilin martında qeydə alınmışdı. O zaman tütün məhsullarının qiyməti 20 qəpik artmışdı.
Ümumən digər əsas gündəlik tələbat malları kimi siqaret qiymətlərində ilbəil artım qeydə alınıb.
Siqaretlə yanaşı, unun da qiymətində artım müşahidə olunub. 1 kisə un hazırda 40 manatdır.