Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
SÜLH.İNFO.az-ın “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
Onun sözlərinə görə, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.
Xatırladaq ki, dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bəyanatına əsasən, “Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirəcək.
Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.