Bakıda 32 yaşlı şəxs yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib.
SÜLH.İNFO.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu ittihamda təqsirləndirilən Mövsüm (ad şərtidir) həmin əməli 13 yaşlı Dianaya (şərtidir) qarşı həyata keçirib.
Diana anası ilə mübahisə etdikdən sonra evdən qaçıb, dayanacaqda oturan zaman Mövsüm idarə etdiyi avtomobillə ona yaxınlaşıb. Nə olduğunu soruşub, Diana da başına gələnləri danışıb.
Diananın anası ilə əlaqə saxladıqdan sonra qızı ailəsinə təhvil verib.
Bir müddət sonra Diana yenidən evdən qaçıb, xalasıgilə getmək istəyib. Lakin xalasıgilin evini tapmayanda əvvəlcədən nömrəsini götürdüyü Mövsümə zəng edib.
Mövsüm gəlib onu götürərək dostunun evinə aparıb. Bu zaman o, Dianaya qarşı seksual xarakterli hərəkətlər edib. Diana da buna etiraz etməyib. Mövsüm Diananı aldadaraq yalandan boşandığını və onunla evlənəcəyini bildirib.
Anası qızını axtarışa verdiyindən polis həmin evə gəlib və qızı anasına təhvil verib.
Bundan sonra Mövsüm istintaqa cəlb edilib. Mövsüm ifadəsində əməlindən peşman olduğunu bildirib, iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Mövsüm Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) təqsirli bilinib.
O, 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.