Ermənistan parlamentinin "Mülki müqavilə" fraksiyasının iki deputatı istefa verib.
SÜLH.İNFO.az xəbər verir ki, Sedrak Tevonyan və Sergey Movsisyan bu gün istefa ərizələrini təqdim ediblər.
Qeyd edək ki, Ermənistan qanunlarına görə, deputat istefa verdikdən bir həftə sonraya qədər istefa ərizəsini geri götürə bilər. Deputat öz istefasını geri götürmədikdə isə onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilir və bu protokol Milli Məclisin Sədri tərəfindən imzalanır və dərc edilir. "Protokolun dərc edildiyi andan istefa qəbul edilmiş hesab olunur". (unikal.org)