Azərbaycanlı model Diana Əhədpur yeni fotosessiya etdirib.
SÜLH.İNFO.az Kult.az -a istinadən xəbər verir ki, model "Pişik qadın" obrazında olub. Əhədpur fotoları 1,2 milyon izləyicisi olan İnstaqram hesabında yayımlayıb. Diananın yeni şəkilləri müzakirələrə səbəb olub. Buna səbəb onun bahalı geyimi və boyunbağısı olub.
Modelin "Nyu arrivals" markasına aid libası 321 dollar (təxminən 545 manat) "Saint Laurent" brendinə məxsus ayaqqabısının qiyməti isə 995 dollar (təxminən 1691 manat) olub.
Diana xarici brendlərə məxsus geyimini bahalı boyunbağı ilə tamamlayıb. Onun zinət əşyasının qiyməti 146 min 178 dollardır (təxminən 248 min 502 AZN).
Əhədpur geyiminə ümumilikdə 147 min 494 dollar (təxminən 250 min 739 AZN) pul xərcləyib.