​Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb

​Bakıda mənzildə 90 yaşlı qadının meyiti
19:00 05.01.2022
765 Hadisə
A- A+

Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb.

Bu barədə  SÜLH.İNFO.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.