Danışıqlar müsbət yöndə irəliləyir. Qarşı tərəfin sanksiyaların qaldırılmasında ciddiliyi və İranın təklif etdiyi mexanizmlər, xüsusən də yoxlama və təminatları qəbul etməsi qısa müddətdə razılığın əldə olunmasına imkan verəcək.
SÜLH.İNFO.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Bagiri deyib.
Qeyd edək ki, Vyanada İranla bağlı nüvə danışıqlarının 8-ci raundu dekabrın 27-də start götürüb.