​Pediatr uşaqlar arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb

​Pediatr uşaqlar arasında kütləvi virusun yayılmasının
18:15 06.01.2022
527 Toplum
A- A+

"Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur".

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır. Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir.

Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, uşaqlarda immunitetin zəif olması, kütləvi tədbirlərdə, insanların sıx olduğu ərazilərdə yaxın təmasların olması xəstəliklərin onlar arasında kütləvi artmasının əsas səbəblərindəndir.

R.Hüseynova valideynlərə tövsiyəsində bildirib ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir: “Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər”.

Pediatr-infeksionist əlavə edib ki, sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür.