Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yanvarın 4-də saat 22:00 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birinə 200 manatlıq saxta əsginas verilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.