​Əjdər Olun məhkəməsi keçirildi

​Əjdər Olun məhkəməsi
20:00 06.01.2022
212 Toplum
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

SÜLH.İNFO.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin olunub.

Cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.