Almatıda hərbçilər iğtişaşların iştirakçılarından Respublika meydanını tərk etməyi tələb edib. Onlara atəş açacaqları barədə xəbərdarlıq olunub.
SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, xəbərdarlıqlara məhəl qoyulmadıqdan sonra hərbçilər iğtişaşçıları və onların avtomobillərini atəşə tutublar.
Hadisə şahidlərinin sözlərinə görə, Respublika meydanı tərəfdən güclü partlayış səsləri eşidilir.