Dünyada son iki həftə ərzində koronavirusa yoluxanların sayı 71 faiz artıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bu gün keçirilən brifinqdə iyul ayınadək dünya əhalisinin 70 faizinin peyvənd edilməsi hədəfinə çatmağın mümkün olmayacağına dair narahatlığını dilə gətirib:
“Peyvəndləmənin hazırkı sürətilə 109 ölkədə buna nail olunmayacaq”.
Təşkilat rəhbəri, həmçinin bir sıra ölkələrdə dördüncü dozanın vurulduğu halda, bəzi ölkələrdə səhiyyə işçilərinin peyvənd olunmadığını vurğulayıb.