“36 ildən sonra yenə qış ayında Qazaxstan çalxalandı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiyaya müraciət edib. Üfüqdə 36 il bundan öncə yürüdlmüş siyasətin konturları görsənir”.
SÜLH.İNFO.az xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev deyib.
Millət vəkili qeyd edib ki, 36 ildir bu ölkəyə diş qıcayırlar. Hardasa boşluq yaranan kimi işlərini gördülər:
"Baş verən xoşagəlməz hadisələr regionun çiçəklənən ölkələrindən biri olan Qazaxıstanın inkişafının, tərəqqisinin qarşısını almağa yönəlib. Hadisələri ürək ağrısı ilə izləyirik. Ümid edək ki, bu günlərdə qazax xalqı dağıdıcılığın, qiyamın, xarici kəşfiyyatların məkrli məqsədlərin qurbanı deyil, məhz Qazaxıstanın tərəqqisinin, inkişafının, çiçəklənməsinin tərəfində dayanacaq”. (bakupost.az)