​Rusiyalı deputatdan şok: Qazaxıstan Rusiyaya birləşdirilsin

​Rusiyalı deputatdan şok: Qazaxıstan
09:15 06.01.2022
178 Siyasət
A- A+

SÜLH.İNFO.az xəbər verir ki, belə bir iddia ilə Rusiya Dumasının üzvü Sultan Həmzəyev çıxış edib. O bildirib ki, sosial şəbəkələrdə Qazaxıstanla Rusiyanın birləşməsinin mümkünlüyü müzakirə edilir:

“Şəxsən mən – siyasi görəvimdən kənar sadə Rusiya vətəndaşı kimi Qazaxıstanın tarixi Vətəni – Rusiyaya birləşdirilməsinin Qazaxıstanda referenduma çıxarılmasını dəstəkləyirəm.

Vurğulayım ki, Prezident Qasım Jomart Tokayev özü də bəyanatlarını rus dilində səsləndirir. Hesab edirəm ki, bu, əsl demokratiyanın təzahürü olar”.

Dağıstanlı deputatın bu sözləri sosial şəbəkələrdə böyük rezonans doğurub və tənqidlərə məruz qalıb. Bunun ardınca S.Həmzəyev “fikirlərini daha aydın izah etmək üçün” açıqlama yayıb.

O, bu dəfə iddia edib ki, rus dünyası – milliyyətə və qana görə deyil; bu, mədəniyyət, tarix, dil, dəyər, ənənədir. Çoxmillətli Rusiya bizim ümumi dəyərimizdir:

“Mənim açıqlamamdan sonra bəziləri uzunçuluq edirlər – ya axmaqlıqlarından, ya da cahilliklərindən. Qazaxıstan – böyük tarixi Rusiyanın bir hissəsidir, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq.

Qazaxıstan – rus dünyasının bir hissəsidir. Rusiya – türk dünyasının mərkəzidir. Bu barədə hər zaman demişəm. Hazırda türk ölkələrində yaşayan bütün türklər – Türkiyə də daxil olmaqla – öz başlanğıclarını Altaydan götürüblər. Türk dövlətləri üçün dünyada heç kim Rusiyanın etdiklərini etməyib.

Kollektiv təhlükəsizlik nöqteyi-nəzərindən biz öz müttəfiqimizi müdafiə etməliyik. Rusiyasız Qazaxıstanın iki yolu var – Çinin və yaxud Qərbin əlaltısı olmaq. Qazaxıstanın yeganə müdafiəçisi, qalxanı və qılıncı Rusiyadır. Kim Rusiyanın qardaş kürəyini Qərbdən və Şərqdən gələn yırtıcılara dəyişər?”

Qazaxıstana yalnız Putin kimi təcrübəli, dünya səviyyəli siyasətçinin yardım edə biləcəyini deyən deputat əlavə edib ki, orda baş verənlər qaz qiymətlərinə görə mübarizə deyil, etirazçılar beynəlxalq separatçılardır və Əfqanıstanda hazırlıq keçiblər:

“Bu keçmiş agentlər Qazaxıstanın Silahlı Qüvvələrinə də müqavimət göstərirlər.

Hesab edirəm ki, suveren Qazaxıstanın inkişafı yalnız Böyük Rusiya ilə ittifaqda mümkündür”.