Abşeron rayonunda dəhşətli hadisə baş verib.
SÜLH.İNFO.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb.
Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.