Prokuror Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun əmlakının müsadirə olunmasını istəyib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror çıxışında bildirib ki, Eldar Həsənova məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi həmçinin Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.