​Qazaxıstanda FHN-in 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb

​Qazaxıstanda FHN-in 10 əməkdaşı iğtişaşlar zamanı
21:01 07.01.2022
439 Dünya
A- A+

Qazaxıstanda Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı məlumat yayıb.

Qazaxıstan FHN-in rəsmi nümayəndəsi Talqat Ualiyə bildirib ki, son günlər ərzində üsyançılar yanğınsöndürən maşınlara 33 dəfə hücum ediblər. Nəticədə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası sıradan çıxıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri 75 yanğını söndürüb, 143 nəfər yanğından xilas edilib və təxliyə edilib.