Bakıda 11 yaşlı yeniyetməni motosiklet vurub.
SÜLH.İNFO.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Məmmədov Rüstəm Rüfət oğlu yolu keçmək istəyərkən motosiklet onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.