Bolqarıstan Milli Assambleyasının üzvləri parlament binasına daxil olmaq üçün məcburi yaşıl sertifikat təqdim edəcəklər.
SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul edilib, təklifin müzakirəsi beş saata yaxın davam edib.
Yaşıl sertifikatı olmayan (tam peyvənd kursunu bitirməyən və ya koronavirusa yoluxmayan) deputatlar öz vəsaitləri hesabına məcburi koronavirus testindən keçməli olacaqlar. Administrasiyanın məsul işçiləri, deputat qruplarının üzvləri və jurnalistlər parlamentin büdcəsi hesabına test verəcəklər.
Yaşıl sertifikat tələbi yanvarın 24-də qüvvəyə minəcək.