Çinin “Chang’E 5” avtomatik fəza cihazı ilə Aydan Yer kürəsinə çatdırılmış torpaq nümunəsində su aşkarlanıb.
SÜLH.İNFO.az xəbər verir ki, “Science Advances” nəşrində dərc olunmuş hesabata görə həmin torpaq nümunəsində 120/1.000.000 qədər miqdarda su olduğu müəyyənləşdirilib ki, həmin suyun əsasən Günəş küləyi nəticəsində əmələ gəldiyi güman olunur.
Qeyd edək ki, sözügedən fəza cihazı 2020-ci ilin dekabr ayında Ayda tədqiqat aparıb.