​Qazaxıstanda vəziyyət sabitləşdi

​Qazaxıstanda vəziyyət
11:59 10.01.2022
492 Dünya
A- A+

Ölkədə vəziyyət sabitləşib və nəzarət altındadır".

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsininin Mətbuat xidməti məlumat yayıb.

“Terror təhlükəsi mərkəzləri zərərsizləşdirilib. Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərləri terrorçulardan azad edilib”, - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, xüsusilə mühüm, strateji obyektlərin, silah-sursatların saxlandığı yerlərin mühafizəsi də təmin edilir.

Milli Sahibkarlar Palatasının məlumatında isə göstərilir ki, Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 215 milyon ABŞ dollarını ötüb.

Ölkənin doqquz rayonunda 1 319 zərərçəkmiş sahibkarlıq subyekti və 1 488 obyekt müəyyən edilib. Onlardan 1 245- i ticarət, 25-i ictimai iaşə, 37-si logistika, 2-si isə kütləvi informasiya vasitələrinin binasıdır.