​Qazaxıstandakı hadisələr vahid mərkəzdən idarə olunurdu" - Tokayev

​Qazaxıstandakı hadisələr vahid mərkəzdən idarə olunurdu
13:20 10.01.2022
511 Siyasət
A- A+

Qazaxıstan prezidenti Kasım-Comert Tokayev ölkəsindəki hadisələrin adı açıqlanmayan vahid mərkəzdən koordinasiya edildiyini bildirib.

SÜLH.İNFO.az xəbər verir  ki, bu  barədə  o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı deyib. 

Ölkəsinin hərbi çevriliş cəhdindən sağ çıxdığını bildirən Qazaxıstan prezidentinin çıxışı xüsusi  diqqət çəkib:

"Almatı hədəfə alındı, Qazaxıstanın cənubu, daha sonra paytaxt Nur-Sultan ələ keçirilməyə çalışıldı. Almatı və 9 rayonun mərkəzi quldurlar tərəfindən tutuldu, amma biz Qazaxıstanı terrorçulardan qoruya bildik".