Şabranda hamilə qadın dəm qazından zəhərlənib.
1996-cı il təvəllüdlü Qərənfil Ağayar qızı Tapdıqlı hamam otağında huşsuz vəziyyətdə tapılıb.
O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q.Tapdıqlıya xəstəxanada dəm qazından zəhərlənmə diaqnozu qoyulub.
Xəstəyə tibbi yardım göstərildikdən sonra reanimasiyya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report.az)