Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlı kontingentinin əsgərləri Əsgəran rayonunda tapılan reaktiv yaylım atəş sistemi üçün sursatları məhv ediblər.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlırının mühəndis dəstələri tərəfindən 2322,1 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib.
26 078 partlayıcı aşkar edilərək zərərsizləşdirilib.