​Şagirdləri döyən direktora şiddətli töhmət VERİLDİ

​Şagirdləri döyən direktora şiddətli töhmət
13:59 11.01.2022
516 Toplum
A- A+

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə SÜLH.İNFO.az - a Təhsil İdarəsindən məlumat verilib.