​Ukraynadan deport olunan azərbaycanlıların sayı

​Ukraynadan deport olunan
09:45 12.01.2022
441 Ölkə
A- A+

Ötən il Ukraynada qanunsuz yaşayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, 2021-ci ildə ümumilikdə 1448 Azərbaycan vətəndaşı qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

Ötən il 2 Azərbaycan vətəndaşının könüllü olaraq ölkəsinə geri qayıtması barədə qərar qəbul edib, 1380 Azərbaycan vətəndaşı isə məcburi ölkəsinə geri qaytarılıb. 47 Azərbaycan vətəndaşının isə Ukrayna dövləti hüdudlarından məcburi qovulması barədə qərar çıxarılıb.