​Kasıbları təhqir edən Bağırov niyə sərbəst buraxıldı?

​Kasıbları təhqir edən Bağırov niyə sərbəst
12:18 12.01.2022
477 Toplum
A- A+

 Ötən gün aztəminatlı ailələri təhqir edən “Gelandevagen” markalı avtomobilin sürücüsünün görüntüləri sosial şəbəkələrdə qınaqla qarşılanmışdı. Sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olduğu müəyyən edilərək, DİN əməkdaşları tərəfindən saxlanılıb, onunla profilaktik söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. S.Bağırovun sərbəst buraxılması və heç bir cərimə olunmaması narazılıq yaradıb.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev SÜLH.İNFO.az-a açıqlamasında bildirib ki, S.Bağırov yayılan görüntülərdə təhqiredici sözləri kimə ünvanlayıbsa, yalnız o şəxsin şikayətindən sonra tədbir görülə bilər:

“Yalnız təhqiredici sözlərin ünvanlandığı şəxs iddiaçı olsaydı, ona qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham irəli sürülə bilərdi. Lakin hazırda sürücünün kimi və ya kimləri söydüyü məlum deyil. Bu səbəbdən ona hər hansı ittiham irəli sürülə bilməz. Böyük ehtimalla polis əməkdaşları sürücüyə qanunvericiliyi xatırladaraq, xəbərdarlıq edib və onu qanunamüvafiq olaraq sərbəst buraxıb”.