​Ermənistanda son sutkada 289 nəfər koronavirusa yoluxub

​Ermənistanda son sutkada 289 nəfər koronavirusa
13:20 12.01.2022
A- A+

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 289 yoluxma halı qeydə alınıb.

SÜLH.İNFO.az -ın Ermənistan Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 346 513-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8010 nəfərə çatıb.