Böyük Britaniyanın Baş naziri Boris Conson ötən il 20 may tarixində karantin qaydalarını pozaraq “Dauninq-strit”in həyətindəki yığıncaqda iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib.
SÜLH.İNFO.az xəbər verir ki, Baş nazir bunun iş yığıncağı olduğunu düşünüb və sadəcə 20 dəqiqəlik yığıncaqda iştirak edib. Boris Conson yığıncaqda iştirak etmək yerinə bütün işçilərə təşəkkür edərək onları binaya göndərməli olduğunu etiraf edib.
Boris Conson milyonlarla insanın pandemiya zamanı əziyyət çəkdiyini, karantin qaydalarını təklif edən insanların isə qaydalara riayət etmədiyi üçün xalqın onlara olan qəzəbini başa düşdüyünü deyib və buna görə üzr istəyib.
Qeyd edək ki, Baş nazir Parlamentdəki çıxışı zamanı üzrxahlığını bir neçə dəfə təkrarlayıb.