Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz bu addımı atmasaydıq, biz bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Haradasa 10 milyard dollar. Təxminən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdir. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”, - dövlət başçısı vurğulayıb.