​İtaliyada koronaya rekord yoluxma

​İtaliyada koronaya rekord
10:20 13.01.2022
A- A+

İtaliyada son bir neçə ayda ilk dəfə sutka ərzində koronavirus infeksiyasından ölənlərin sayı artaraq 313 nəfər təşkil edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Gün ərzində virusa yoluxanların sayı isə 200 minə çatmaqdadır. Hesablamalara görə, həftə sonuna kimi sutkalıq yoluxmanın 300 minə çatacağı ehtimal edilir.

Ümumilikdə İtaliyada koronaya yoluxanların sayı 2,2 milyona çatıb.