“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”.
SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib.
“Biz prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”, - o bildirib.
Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib.