​Hindistanda qatar relsdən çıxıb, ölənlər var

​Hindistanda qatar relsdən çıxıb,
23:40 13.01.2022
345 Dünya
A- A+

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı qəza törədib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Qatarın azı beş vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Hazırda xilasetmə əməliyyatı aparılır. Qurbanların sayının arta biləcəyi istisna deyil.