Pentaqon rəhbəri Lloyd Ostin və Ukrayna müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı baş tutub.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi jurnalistərə açıqlamasında deyib.
OO bildirib ki, Ostin ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə olan dəyişməz dəstəyini bir daha xatırladıb.
Pentaqon rəhbəri Rusiya ilə yaşanan gərginlik fonunda ABŞ-ın Ukraynaya hərbi yardımını davam etdirməsinin vacibliyini təsdiqləyib.