"Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır".
SÜLH.İNFO.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq:
“Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək”.