Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığında Suriya və Ukraynadakı proseslərlə yanaşı, iqlim və qaçqınlar məsələsi müzakirə olunub.
Bundan başqa, tərəflər müdafiə sənayesi, habelə ticarət sahələrində əməkdaşlığı gücləndirəcək addımlar ətrafında fikir mübadiləsi aparıblar.