Bu gün müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə qurumun İcraiyyə Komitəsinin növbədənkənar iclası olub.
SÜLH.İNFO.az xəbər verir ki, tədbir zamanı AzVİF-in baş katibi postuna namizədliyi irəli sürülən Elnarə Musayevanın bu vəzifəyə seçilməsi ilə bağlı İcraiyyə Komitəsi üzvlərinin səsverməsi keçirilib.