Taliban rəhbərliyinin Əfqanıstanın əyalətlərindən birində qruplaşmanın özbək əsilli üzvlərinin üsyanını yatırmaq cəhdləri uğursuzluqla nəticələnib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Əfqanıstandakı siyasi prosesləri araşdıran rusiyalı ekspert Andrey Serenko Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Kabilin tapşırığı ilə puştunlardan ibarət Taliban qruplaşması üsyanı yatırmaq üçün Mərazi-Şərifdən Fəryab əyalətinə yola düşüb, lakin yolda “Özbək Talibanı” tərəfindən pusquya salınıb və ciddi itkilər verib.
Serenko özbəklərin əməliyyatından sonra puştunların irəliləyişinin dayandırıldığını bildirib.
Rus ekspert qarşıdurma ilə bağlı əlavə məlumat vermir.