Gürcüstanda ötən sutkada daha 5 381 nəfərin koronavirusa yoluxub, sözügedən xəstəlikdən 30 nəfər vəfat edib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 990 183 nəfərdə aşkarlanıb, onların 14 425-i ölüb.
Son 24 saat ərzində 1 065, ümumilikdə isə 925 137 nəfər müalicə olunaraq sağalıb.