ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən danışıqlar barədə açıqlama yayıb.
SÜLH.İNFO.az xəbər verir ki, departament Ankara-İrəvan arasındakı ilk görüşü alqışlayıb.
“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışqlarını səmim şəkildə alqışlayırıq”, - ABŞ Dövlət Departamentindən bildirilib.
Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.