​Suriya-İordaniya sərhədində ATIŞMA

​Suriya-İordaniya sərhədində
09:40 17.01.2022
260 Dünya
A- A+

Suriyanın İordaniya ilə sərhəddə qaçaqmalçılarla atışma olub.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə İordaniyanın PETRA xəbər agentliyi məlumat yayıb.

Atışma sərhədin şimal-şərq hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir iordaniyalı zabit həlak olub, daha üç əsgər isə yaralanıb.

Qaçaqmalçılar toqquşma yerində xeyli narkotik maddə qoyaraq Suriyaya qaçıblar.