​İnterpol azərbaycanlı qadını axtarışa verdi - Bu səbəbə görə...

​İnterpol azərbaycanlı qadını axtarışa verdi
22:15 17.01.2022
341 Toplum
A- A+

Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün "qırmızı bülleten"lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən R. Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.