​20 Yanvar faciəsi ilə bağlı təhrif düzəldildi

​20 Yanvar faciəsi ilə bağlı
17:57 18.01.2022
329 Toplum
A- A+

Rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrif olunan tarixi fakt düzəldilib.

SULH.İNFO.az xəbər verir ki, bu barədə Report-a “Şərq-Qərb” nəşriyyatından bildirilib.

Qeyd olunub ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir:

"Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir.

Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.

20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".

Böyük səs-küyə səbəb olan, rus dili bölməsinin 4-cü sinif "Rus Dili" dərsliyindəki 105-ci səhifədə yer alan həmin mətnin tərcüməsini təqdim edirik:

"20 Yanvar - Xatirə və hüzn

Hər ötən gün bizi Azərbaycan xalqının həyatında baş verən bu qorxunc faciədən getdikcə daha da çox ayırır. Lakin biz heç vaxt yanvarın 19-dan 20-nə keçən gecə canlarını şəhidləri unutmayacaq və xatirəsini əziz tutacağıq. Bakının küçələrində baş verən faciəvi hadisələr daim yaddaşımızda qalacaq.

Sovet ordusu Xalq Cəbhəsini darmadağın etmək və hakim partiyanı xilas etmək üçün Bakıya hücum etdi. Əməliyyatın kod adı "ZƏRBƏ" idi.

Qoşunlar silah tətbiq etməklə, şəhərə aparan yollardakı piketi yara bildilər. Xalq Cəbhəsinin üsyançıları ilə küçə döyüşləri zamanı dinc sakinlər öldürülüb.

Televiziya stansiyasının partladılması nəticəsində yayım kəsildiyindən şəhər sakinləri informasiya blokadasına düşdülər.

Bakı sakinlərinin çoxu fövqəladə vəziyyət haqqında yalnız səhər verilən elandan xəbər tuta bildilər."