​Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA

​Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb
19:15 18.01.2022
260 Toplum
A- A+

Yanvarın 18-i saat 19:00-a olan məlumata əsasən gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.


ETSN-in Milli Hidrimetetorologiya Xidmətindən SÜLH.İNFO.az-a bildirilib ki, küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.