İkinci Qarabağ müharibəsi zamanı ölən daha bir erməni hərbi qulluqçunun cəsədinin qalıqları tapılıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumatda bildirilir ki, hərbçinin cəsədi Cəbrayıl ərazisindən tapılıb.
Bununla da, müharibədən sonra tapılan erməni məxsus cəsədlərin sayı 1706-ya çatıb.