​Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

​Hafiz Hacıyev xəstəxanaya
23:40 18.01.2022
321 Toplum
A- A+

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, MMP sədri ürəyində problem olduğuna görə danışmaqda çətinlik çəkdiyini bildirib:

“Xəstəyəm, hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm. Ürəyimdə problem var. Dərman qəbul edib, iynə vurdururam. Çox danışa bilmirəm”.

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.