​Rəisi Putinin dəvətilə Moskvaya gedir

​Rəisi Putinin dəvətilə Moskvaya
23:59 18.01.2022
317 Dünya
A- A+

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi yanvarın 19-da Rusiya Federasiyasına işgüzar səfər edəcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə həyata keçəcək.

Məlumata görə, İbrahim Rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində neft naziri Cavad Ovci və iqtisadiyyat naziri İhsan Handuzi də olacaq.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə qeyd edib ki, prezidentlərin Moskvada baş tutacaq görüşündə müxtəlif məsələlər üzrə müzakirələr aparılacaq. Qarşılıqlı əməkdaşlıqla əlaqədar olaraq, ticarət və nəqliyyat sahələrindəki əlaqələrin daha da yaxınlaşması müzakirə mövzusu olacaq.

Bundan əlavə, görüşdə regional təhlükəsizlik məsələsinə də toxunulacaq.