Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə SÜLH.İNFO.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.